2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 258 milyon 425 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 193 milyon 989,1 min manat (artım 24,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,1%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 88 milyon 124,6 min manat (artım 63,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 105 milyon 864,5 min manat (artım 4%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 64 milyon 435,9 min manat (azalma 31%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (67 milyon 850,4 min manat), həyatın yaşam sığortası (80 milyon 697 min manat) və daşınmaz əmlakın icbari sığortası (25 milyon 252,1 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 67,3%-ni təmin edib.
Yanvar-mart ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 61 milyon 227,7 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 38 milyon 898,7 min manat (azalma 2,7 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 63,5%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 16 milyon 876,6 min manat (azalma 4,9 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 22 milyon 22,1 min manat (artım 3,9%) məbləğində olub.
Yanvar-mart aylarında icbari sığorta növləri üzrə ödənişlər 22 milyon 329 min manat (azalma 1,8 dəfə) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (20 milyon 291 min manat), həyatın yaşam sığortası (15 milyon 984,5 min manat) və könüllü tibbi sığorta (17 milyon 432,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə azalıb.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 87,7%-ni təmin edib.
Mart ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət