Avropa Komissiyasıın (AK) yüksək vəzifəli məmurları və Azərbaycan hökumətinin nümayəndələri Azərbaycan qazının Avropaya tədarükünün artırılmasıl imkanlarını müzakirə ediblər. Bu barədə AK-dan məlumat verilir.
“Görüş Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Azərbaycan qazının Aİ-yə ixrac həcminin artırılması perpektivləri vbə hazrki əməkdaşlığın müzakrəsi məqsədilə başa tutub”, - “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin məlumatına istinadən sitat gətirir.
Danışıqlarda Avropa Komissiyasının enerji üzrə Baş Müdiriyyətin direktoru Kristina Lobillo Borrero və Azərbaycanı energetika nazirini müavini Elnur Soltanov iştirak ediblər.
“Aİ REPowerEU planının prioritetlərinə uyğun olaraq enerji mənbələrinin şaxələndirilməsinə əsas töhfə olaraq Xəzər regionundan boru kəmərləri ilə qaz tədarükünün artırılmasına böyük maraq və dəstək ifadə edir”, - məlumatda vurğulanır.
AK-dan dəqiqləşdirilib ki, görüş enerji təhlükısizliyinin dəstəklənməsi məqsədilə enerji sektrunda əməkdaşlığın davam etdirilməsi və möhkəmlənməsinə yönəlib.
Məlumatda qeyd olunur ki, qlobal enerji çağırışlarının gərginləşməsi şəraitində stabil ikitərəfli enerji münasibətləri və Aİ ilə Azərbayca arasında əməkdaşlıq rəqabətədavamlı, şaxələndmiş və etibarlı qaz tədarükünə imkan yaradan əsas amildir.
“Aİ REPowerEU planının prioritetlərinə uyğun olaraq etibarlı qaz tədarükünün vacibliyini vurğulayıb və enerji səmərəliliyinin artırılması üzrə özünün əsas tədbirlərini və neytral iqlimli Avropa üçün özünün hidrogen strategiyasını təqdim edib”, - AK-dan bildiriblər.
Xəbər verildiyi kimi, Azərbaycan 30 dekabr 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz nəqlinə başlayıb. Hazırda İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycan qazının alıcılarıdır. 2021-ci il ərzində tədarük həcmi 8,2 milyard kubmetr təşkil edib, 2022-ci ildə 10 milyard kubmetrdən çox səviyyədə nəql həcmi nəzərdə tutulur. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət