Avropada Azərbaycan qazına olan tələbat artır və ixrac həcmlərini artırmaq üçün infrastrukturun genişləndirilməsi ilə bağlı məsələləri həll etmək lazımdır. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan qazına olan tələbat sürətlə artır. Lakin potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik”, - deyə dövlət başçısı iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, buraxıcılıq qabiliyyəti 10 milyard kubmetr olan Trans-Adriatik boru kəmərinin səhmdarları Azərbaycan qazına yüksək tələbatın olması ilə əlaqədar onun genişləndirilməsi mümkünlüynü müzakirə edir. “Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar. Bakı Enerji Həftəsi bunun üçün gözəl fürsət olacaq”, - deyə İ.Əliyev qeyd edib.
“Həmçinin biz TANAP-ın genişləndirilməsi haqqında da düşünə bilərik. Çünki Azərbaycan qazına tələbat artır, bunun uçun potensial var. Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Bununla belə, eyni zamanda, biz prosesin sürətləndirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə prezident vurğulayıb.
İ.Əliyev aparıcı beynəlxalq maliyyə institutlarının ixrac infrastrukturunun genişləndirilməsi planlarına dəstək verəcəyinə ümidvar olduğunu deyib.
O əlavə edib ki, Azərbaycan Avropaya qaz ixracını artırmaqla yanaşı, elektrik enerjisi də ixrac etməyi planlaşdırır.
“Biz, həmçinin Azərbaycanın əvvəlki illərdə beynəlxalq birlik tərəfindən düzgün qiymətləndirilməmiş tranzit potensialından da maksimum dərəcədə istifadə etməliyik”, - deyə dövlət başçısı bildirib.*
B.Rüstəmbəyov, E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət