2022-ci ilin yanvar-iyun aylarında “Bank Avrasiya” aktivlərini 9,1% - 182 milyon 687,99 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2022-ci il tarixinə bankın kredit portfeli 114,261 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,03% - İF) təşkil edib. İstehlak kreditləri 4,929 milyon manat (artım 25,7%), biznes kreditləri 67,433 milyon manat (azalma 5,6%), daşınmaz əmlak kreditləri 41,899 milyon manat (artım 7,9%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 110,7 milyon manat (artım 15,7%) təşkil edir.
Bankda depozitlər 61,294 milyon manata (artım 22,4%), əhalinin əmanətləri 56,369 milyon manata (artım 29,1%) bərabərdir.
İyunun sonuna “Bank Avrasiya”nın kapitalı 71 milyon 980,29 min manat (artım 0,3%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
Yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 165,09 min manat (ötən ilin müvafiq dövründə 3,929 milyon manat məbləğində zərərə qarşı) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət