Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 42,2 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 0,6%, qeyri neft-qaz sektorunda isə 11,5% artıb.
Sənaye məhsulunun 75,7%-i mədənçıxarma sektorunda, 20,4%-i emal sektorunda, 3,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 59%, mebel istehsalı 58,4%, elektrik avadanlıqlarının istehsalı 53,2%, maşın və avadanlıqların istehsalı 48,7%, hazır metal məmulatlarının istehsalı 47%, tikinti materiallarının istehsalı 33,4%, kompüter, elektron və optik məhsulların istehsalı 30,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 26%, kimya sənayesi məhsullarının istehsalı 20,4%, kağız və karton istehsalı 15,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 10,1%, qida məhsullarının istehsalı 7,8% artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 4,6%, tütün məmulatlarının istehsalı 7,5%, içkilərin istehsalı 7,8%, neft məhsullarının istehsalı 15,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21%, toxuculuq sənayesi məhsullarının istehsalı 22,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,6% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət