2022-ci ilin yanvar-iyun aylarında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 5,2% - 12 milyard 82,955 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımillikdə bankın kredit portfeli 11% - 3 milyard 440,840 milyon manata qədər, istehlak kreditləri 11,8% - 870,792 milyon manata qədər, biznes kreditləri 11,7% - 1 milyard 772,984 milyon manata qədər, daşınmaz əmlak krediti 8,6% - 797,065 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 10 milyard 523,437 milyon manata (artım 4,7%) bərabərdir.
ABB-dəki depozitlərin həcmi 9 milyard 120,483 milyon manat (2021-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 10,4%), o cümlədən əhalinin əmanətləri 1 milyard 689,503 milyon manat (artım 31,7%) təşkil edib.
Bankın kapitalı 1 milyard 559,517 milyon manat (artım 8,5%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225,648 milyon manata (artım 0,1%) bərabərdir.
ABB birinci yarımili 118 milyon 417,3 min manat məbləğində xalis mənfəətlə başa vurub (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 20,1%). 1 iyul 2022-ci il tarixinə bankın ümumi bölüşdürülməmiş mənfəəti 179 milyon 706,99 min manat məbləğində (2021-ci il dekabrın 31-nə 61,289 milyon manat) qiymətləndirilir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət