“Yelo Bank” 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 40,5% - 750,018 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 537,48 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 20,5%) təşkil edir. Bankın istehlak kreditləri 134,223 milyon manata (artım 20,3%), biznes kreditləri 331,057 milyon manata (artım 28%) bərabərdir.
Bankın öhdəlikləri 677,823 milyon manat məbləğində (artım 45,6%) qiymətləndirilir. Bankda depozitlər 508,93 milyon manata (artım 44,3%), əhalinin əmanətləri 382,831 milyon manata (artım 26%) bərabərdir.
“Yelo Bank”ın kapitalı 72 milyon 194,54 min manat (artım 5%) nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 351,98 min manat təşkil edib.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci yarımilliyin maliyyə nəticələrini belə şərh edib: “Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".
«“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət