"Unibank" 2022-ci ilin birinci yarısında aktivlərini 10 - 1 milyard 143,038 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2022-ci il tarixinə bankın kredit portfeli 828,245 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 12% - İF%) təşkil edib. İstehlak kreditlərinin payı 496,935 milyon manat (artım 14,2%), biznes kreditlərinin payı 266,596 milyon manatdır (artım 10%).
Bankın öhdəlikləri 1 milyard 37,071 milyon manat (artım 10,9%) təşkil edir. Bankda depozitlər 789,616 milyon manata (artım 12,2%), əhalinin əmanətləri 656,281 milyon manata (artım 14,9%) bərabərdir.
İyulun əvvəlinə “Unibank”ın kapitalı 105,968 milyon manat (artım 2%), nizamnamə kapitalı 130 milyon 686,36 min manat (dəyişməyib) təşkil edir.
2022-ci ilin birinci yarısının yekunları üzrə bankın xalis mənfəəti 790 min manat təşkil edib (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 5 dəfə).
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 9 fiziki və bir hüquqi şəxsdir. Bankın nizamnamə kapitalı 130 milyon 686 min 357,6 manata bərabərdir. Bankın əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 86,6960%-dir). Bankın səhmdarlarına 7,3096% pay ilə Canley Finance S.A. (Lüksemburq) daxildir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət