"Muğanbank” ASC 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 1,5% - 697,666 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2022-ci il tarixinə bankın kredit portfeli 428,596 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,9% - İF) təşkil edib. İstehlak kreditləri 40,178 milyon manat (artım 35,7%), biznes kreditləri 278,598 milyon manat məbləğində (artım 5,6%), əmlak kreditləri – 109,807 milyon manat (artım 2,1%) qiymətləndirilir.
Bankın öhdəlikləri 604,254 milyon manata (azalma 2%) bərabərdir. Bankda depozitlər 359,477 milyon manat (azalma 9,4%), o cümlədən əhalinin əmanətləri 304,702 milyon manat (azalma 8,5%) təşkil edir.
“Muğanbank”ın kapitalı 93,412 milyon manat (artım 1,6%), nizamnamə kapitalı 107,5 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin birinci yarısının yekunları üzrə bankın xalis mənfəəti 506,06 min manata bərabər olub (azalma 8,9%).
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət