30 iyun 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 41 milyard 920,2 milyon manata çatıb. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. “İnterfaks-Azərbaycan” məlumat verir ki, beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında bankların aktivləri 9% artıb.
2022-ci ilin ikinci rübündə bankın aktivləri 5,7% və ya 2 milyard 247 milyon manat artıb.
İyunun sonuna bankların kredit portfeli 18 milyard 320 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 146 milyon manat (artım 3,5% - İF) təşkil edir.
Bankların öhdəlikləri 36 milyard 774,2 milyon manata (artım 9,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 281 milyon manat məbləğində (azalma 12%) qiymətləndirilir. Banklarda depozit portfeli 29 milyard 982,1 milyon manat (artım 11,3%), o cümlədən əhalinin əmanətləri 10 milyard 378,6 milyon manat (artım 14,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 400,8 milyon manat təşkil edib (2021-ci ilin birinci yarısı ilə müqayisədə artım 9,4% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 258 milyon manat (artım 24,7%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 36,3 milyon manat (artım 28,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 533,9 milyon manat məbləğində (artım 27,4%) olub.
Bankların faiz xərcləri 297,6 milyon manat (artım 13,3%), o cümlədən depozitlər üzrə 205,9 milyon manat (artım 19,1%), qeyri-faiz xərcləri 939,9 milyon manat (artım 28,6%) təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 616 milyon manat (artım 22,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 489,1 milyon manat (artım 14%), mənfəət vergisi üzrə ödənişlər 88,3 milyon manat məbləğində (artım 40,6%) qiymətləndirilir.
30 iyun 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 492 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,7%) və 96 şöbəsi (2021-ci ilin sonuna - 97) var.
Bank sektorunda 21,526 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,9% - İF) çalışır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət