Bakı və Daşkənd, xüsusilə kimya sənayesi, enerji və neft-qaz sahəsində birgə layihələrin icrasına dair bir sıra məsələləri razılaşdırıblar.
“İnterfaks-Azərbaycan” Özbəkistanın İnvestisiyalar və Xari Tiacarət Nazirliyinə istinadən məlumat verir ki, müzakirələr Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsinə keçirilib.
İclasda Azərbaycanın nümayəndə heyətinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistan tərəfindən – investisiyalar və xarici ticarət naziri Jamşid Xocayev rəhbərlik edib.
“Xüsusilə, investisdiya əməkdaşlığı və sənaye kooperasiyasının müzakirəsi çərçivəsində Bərdə şəhəri yaxınlığımnda 6 rayonda ipək istehsalı üzrə klaster istehsalının yaradılması, Yevlax pilot aqroparkında və Ağdam Sənaye Parkında yeni layihələrin hazırlanması, Daşkənd şəhərində zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin təşkili, kimya sənayesi, enerji və neft-qaz sahəsində birgə müəssisənin təşkilinə dair birgə layihələrin reallşadırılması üzrə bir sıra məsələlər razılaşdırılıb”, - məlumatda deyilir.
Həmçinin, nümayəndə heytləri Azərbaycan-Özbəkistan Biznes Şurasının illik iclaslarının keçirilməsi və qarşılıqlı ticarətin intensivləşdirilməsi məqsədilə qarşılıqlı missiyaların təşkili təcrübəsinin tətbiqinə dair razılaşıblar. Qeyd olunub ki, 2021-ci il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 40%-dən çox artıb, cari ilin əvvəlindən isə ötən ilin analoji dövrü ilə müqaisədə daha 62% artıb.
O cümlədən, tərəflər iki ölkənin sahibkarları arasında birbaşa qaşrılıqlı fəaliyyəti müzakirə ediblər. “Bu istiqamətdə praktiki addımların müzakirələr zamanı Regionların Birinci Forumunun, həmçinin ”cari ilin noyabr ayında Daşkənddəı Özbıkistan və Azərbaycanın müxtılif regionlarından milli istehsalçıların sərgisinin təşkilinə dair razılıq əldə olunub”, - məlumatda vurğulanır.
Tərəflər birgə nəqliyyat-logistika potensialınımn reallaşdırılması imkanlarını müzakirə edərkən ikitərəfli Transxəzər marşrutu ilə tranzit daşımaların həcmini artırmaq məqsədilə, həmçinin cari ilin iyun ayında yüksək səviyyədə imzalanmış Beynlxalq avtomobil əlaqəsi haqqlnda saziş çərçivəsində əlverişli şəraitin yaradılması üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyini qeyd ediblər, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artımına şərait yaradacaq.
İclas zamanı həmçinin mədəni-humanitar tərəfdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət, qarşılıqlı turist axının artırılması, o cümlədən, iki ölkənin ali məktəbləri arasında birbaşa əlaqələr vasitəsilə təhsil sahəsində təcrübə mübadiləsi məsələlərinə xüsusi diqqət ayrılıb.
İclasın yekunlarına dair ikitərəfli sənədlər paketinin imzalanması mərasimi keçirilib. Xüsusilə, ticari-qitisadi əməkdaşlıq və sənaye kooperasiyasının dərinləşməsi və genişlənməsi üzrə birgə Yol xəritəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistan Respublikasının Prezidenti yanında Sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında, İqtisadi Zonaların İnkişafı Agenltiyi ilə “Uzbekipaksanoat” Assosiasiyası arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında Memorandumlar imzalanıb. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət