Rusiya Hökumətinin sədri Mixail Mişustin avqustun 25-də Çolpon-Ata şəhərində Azərbaycanın baş naziri Əli Əsədovla görüşüb.
“Bu gün ikitərəfli əlaqələrimiz inkişaf edir, Azərbaycanla çox mehriban münasibətlərimiz var. Ötən il ticarət dövriyyəmiz ciddi həcmə - 3,3 milyard dollara çatıb. Bu, əvvəlki illə müqayisədə 16% çoxdur və artıq bu yarım ildə 1,6 milyard dollara çatıb”, - deyə o bildirib.
Əsədov ticarət dövriyyəsi rəqəmlərinin hətta bir qədər yüksək olduğunu qeyd edib.
Mişustin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının məhsuldar fəaliyyətini də xatırladıb. O, həmkarına əməkdaşlığa görə təşəkkür edib və RF prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə ən xoş arzularını çatdırıb.
“Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir, bu, çox yaxşıdır. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”, - deyə rusiyalı baş nazir bildirib.
O, Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.
Azərbaycanın baş naziri Mişustinə təşəkkür edib: “Siz Azərbaycanın bu iclaslarda iştirak etməsi üçün uzun müddət maksimum səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.
Əsədov vurğulayıb ki, “Rusiya Azərbaycan üçün həmişə mühüm siyasi və iqtisadi tərəfdaş olub və ümidvaram ki, olacaq”. O, iki dövlətin çoxəsrlik tarixi əlaqələrinə diqqəti yönəldib və fevralın 22-də Əliyevin Putinlə görüşmək üçün Moskvaya səfərini xatırladıb. Səfər çərçivəsində prezidentlər Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. “Bu, çox şeydən xəbər verir və dövlət başçılarının hökumətlər qarşısında qoyduğu vəzifələri qabaqcadan müəyyən edir”, - deyə Azərbaycanın baş naziri hesab edir.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət