Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və Ermənistan bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilər.
“Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik”, - deyə dövlət başçısı İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
O hesab edir ki, Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, bu, realdır.
İ.Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşmələri ilə bağlı əldə olunmuş razılaşmanı avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla aparılmış danışıqların ən mühüm nəticələrindən biri adlandırıb.
Prezident qeyd edib ki, Azərbaycan sülh sazişinin bağlanması təklifini İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürüb.
“Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı deyib ki, sülh sazişi Bakı tərəfindən təklif olunmuş və İrəvanın qəbul etdiyi beş baza prinsipi üzərində qurulacaq.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət