Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 9% artıb.
Sənaye məhsulunun 75,5%-i mədənçıxarma sektorunda, 20,6%-i emal sektorunda, 3,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 76,7%, geyim istehsalı 47,3%, mebel istehsalı 49,8%, elektrik avadanlıqlarının istehsalı 50,1%, maşın və avadanlıqların istehsalı 38,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,9%, poliqrafiya məhsullarının istehsalı 27,3%, kompüter, elektron və optik məhsulların istehsalı 25,9%, tikinti materiallarının istehsalı 21,7%, kağız və karton istehsalı 18,9%, qida məhsullarının istehsalı 13,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 12,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 9,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 8,5%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, tütün məmulatlarının istehsalı 2,4% artıb.
İçkilərin istehsalı 6,1%, neft məhsullarının istehsalı 10,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 28% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,1% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət