“TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Şippati (Luca Schieppati) 2022-ci ildə TAP qaz kəməri ilə Azərbaycan qazının Avropaya nəqlini 11 milyard kubmetr həcmində qiymətləndirir.
“Biz 2022-ci ildə TAP ilə Azərbaycandan təbii qazın Avropaya nəql həcminin 11 milyard kubmetrə çatacağını gözləyirik, bu da 2021-ci ilin gpstəricisindən təxminən 2,5 milyard kubmetr çoxdur”, - Şippati çərşənbə günü «IES2022» İtaliya Enerji Sammitində deyib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Şippati qış mövsümü gəlmədən öncə İtaliyanın qaz anbarlarının doldurulmasında TAP qaz kəmərinin rolu qeyd edərək bunun “həyati vacib olduğunu” vurğulayıb.
“TAP İtaliya üçün ikinci qaz tədarükçüsünə çevrilir. Nəql etdiyimiz həcmlər ilə biz cari ilin sonunadək İtaliyaya 9 milyard kubmetrdən çox qaz tədarük edə bilərik. Əlcəzairdən sonra ikinci İtaliya mənbəyik və bu həm İtaliya, həm də Avropa üçün strateji prioritetə çevrilir. Sözsüz ki, infrastruktur nəqlin təhlüksəsizliyini təmin etməyə imkan yaradır, bu faktiki olaraq yeni mənbə və alternativ marşrutdur”, - Şippati vurğulayıb.
O qeyd edib ki, TAP qaz kəmərinin kommersiya istifadəsindən etibarən – 31 dekabr 2020-ci ildən artıq 16 milyard kubmetr qaz nəql olunub, bunun 14 milyard kubmetri İtaliyaya nəql edilib.
“Biz gələcəkdə TAP ilə qaz nəqlinin həcminin artırılması üçün imkanlar axtarırıq. Azərbaycan prezidenti deyib ki, gələn il biz 12 milyard kubmetrə çatacağıq”, - Şippati bildirib.
Energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Azərbaycan 2022-ci ildə Avropaya qaz təchizatını 2021-ci illə müqayisədə 40% - 11,5 milyard kubmetrə qədər artıracaq.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
2022-ci ildə Azərbaycan qazının ixrac həcmi 23-24 milyard kubmetr (2021-ci ildə 22 milyard kubmetr) təşkil edəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət