2022-ci ilin yanvar-sentyabr aylarında “Unibank”ın aktivləri 27% - 1 milyard 318,828 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2022-ci il tarixinə bankın kredit portfeli 878,857 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,9%) təşkil edib. İstehlak kreditlərinin payı 535,106 milyon manat (artım 23%), biznes kreditlərinin payı 278,355 milyon manatdır (artım 14,8%).
Bankın öhdəlikləri 1 milyard 202,706 milyon manat (artım 28,6%) təşkil edir. Bankda depozitlər 855,326 milyon manata (artım 21,6%), əhalinin əmanətləri 705,585 milyon manata (artım 23,5%) bərabərdir.
2022-ci il oktyabrın əvvəlinə “Unibank”ın kapitalı 116 milyon 121,65 min manat (artım 11,9%), nizamnamə kapitalı 142 milyon 586,4 min manat (artım 9,1%) təşkil edir.
9 ayın yekunları üzrə bankın zərəri 577 min manat (2021-ci ilin müvafiq dövründə 4,01 milyon manat məbləğində xalis mənfəətə qarşı) təşkil edib.
2022-ci il sentyabrın 30-na bankın bölüşdürülməmiş zərəri 36,173 milyon manat məbləğində (artım 1,6%) qiymətləndirilir.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın 6-cı bankıdır. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 86,6960%-dir). Bundan başqa, “Canley Finance S.A.” şirkəti (Lüksemburq) də 7,3096% payla səhmdarlar sırasında yer alır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət