2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 15,1% - 19 milyard 701,7 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Sentyabrda bankların kredit portfeli 3% və ya 564,9 milyon manat artıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 649,5 milyon manat (hesabat dövründə azalma 9,7% - İF) və ya bütün kreditlərin 3,3%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
Sentyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 821,1 milyon manat (artım 14,6%) və ya bütün kreditlərin 19,4%-i, özəl banklar tərəfindən 15 milyard 336,1 milyon manat (artım 15,1%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 544,5 milyon manat (artım 18,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Sentyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 15 milyard 392,3 milyon manat (artım 21,2%) milli valyuta, 4 milyard 309,4 milyon manat (azalma 2,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 21,9% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların kredit qoyuluşlarının strukturunda 3 milyard 202,8 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 636,6 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 618,2 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 241,4 milyon manat (6,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 68,1 milyon manat (5,4%) sənaye və istehsal sektorunun, 792,8 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 10 milyard 708,6 milyon manat (54,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-sentyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 24,4% artıb (sentyabrda artım 3,7% və ya 380,4 milyon manat təşkil edib).**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət