Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi cari ilin 9 ayı ərzində $3 milyarda çatıb. Bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib.
“Qarşılıqlı ticarət yaxşı templər nümayiş etdirib”, - deyə Mişustin Bakıda bildirib.
O qeyd edib ki, Azərbaycanın baş nazirinin sözlərinə görə, qarşılıqlı ticarətin həcmi 12% artıb. “Məndə başqa rəqəmdir. 16%. Ancaq bu ilin on ayı ərzində ikitərəfli ticarət dövriyyəmizi təxminən 3 milyard dollar həcmində qeydə alırıq. Bu, 20% artımdır”, - deyə sədr bildirib.
Onun sözlərinə görə, Rusiya 900-dən çox birgə şirkətin fəaliyyət göstərdiyi Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir. Bu şirkətlərdən 300-ü tamamilə Rusiya kapitallıdır”, - deyə Mişustin əlavə edib.
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq 150-dən artıq beynəlxalq müqavilədən ibarət sanballı müqavilə-hüquq bazasına əsaslanır.
“Biz ölkələrimizin vətəndaşları üçün ən əhəmiyyətli məsələləri konstruktiv şəkildə həll edirik. Hətta xarici qeyri-sabitlik, o cümlədən birgə işimizdə nifaq yaratmaq cəhdləri şəraitində uğurla irəliləyirik”, - deyə hökumət sədri diqqətə çatdırıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət