2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 797 milyon 624,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 601 milyon 852,7 min manat (artım 24,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 351 milyon 438,3 min manat (artım 34,1%), qeyri-həyat sığortası üzrə sığorta haqları 250 milyon 414,5 min manat (artım 13,5%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 195 milyon 772,1 min manat (azalma 12,2%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (327 milyon 112,1 min manat), könüllü tibbi sığorta (95 milyon 764,1 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (91 milyon 73,3 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64,4%-ni təmin edib.
Yanvar-oktyabr ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 359 milyon 296,8 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,4% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 279 milyon 218,9 min manat (azalma 6,9%) və ya bazar üzrə bütün ödənişlərin 77,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 199 milyon 607,1 min manat (azalma 6,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 79 milyon 611,8 min manat (azalma 8,3%) məbləğində olub.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 80 milyon 77,8 min manat (azalma 21%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (75 milyon 539,9 min manat), həyatın yaşam sığortası (197 milyon 402,2 min manat) və könüllü tibbi sığorta (61 milyon 716,1 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-oktyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,1%-ni təmin edib.
Yanvar-oktyabr aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6% azalıb.
Oktyabr ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2022-ci ilin 10 ayı ərzində sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (343,083 milyon manat), “PAŞA Sığorta” (182,918 milyon manat), “Atəşgah Həyat Sığorta” (40,382 milyon manat), “Qala Sığorta” (34,707 milyon manat) və “Xalq Sığorta” (34,199 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 79,6%-i bu şirkətlərin payına düşüb.
Cari ilin 10 ayı ərzində ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (181,302 milyon manat), “PAŞA Sığorta” (58,945 milyon manat), “Xalq Sığorta” (21,978 milyon manat), “Atəşgah Həyat Sığorta” (18,898 milyon manat) və “Azərsığorta” (17,888 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,2%-i bu 5 şirkətin payına düşüb.
10 ayın yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 0,7% təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət