Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıb.
Sənaye məhsulunun 74,1%-i mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3%, poliqrafiya məhsullarının istehsalı 75,6%, kağız və karton istehsalı 44,9%, kompüter, elektron və optik məhsulların istehsalı 44,6%, elektrik avadanlıqlarının istehsalı 30,9%, geyim istehsalı 25,4%, içkilərin istehsalı 24,1%, tikinti materiallarının istehsalı 20,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9% artıb.
Qida məhsullarının istehsalı 0,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6%, tütün məmulatlarının istehsalı 4,2%, neft məhsullarının istehsalı 9%, kimya sənayesi məhsullarının istehsalı 18.1%, mebel istehsalı 18,6%, sair nəqliyyat vasitələrinin istehsalı 23,5 dəfə, hazır metal məmulatlarının istehsalı 24.5%, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7%, əczaçılıq məhsullarının istehsalı 45,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət