Bakı insan haqqlarının pozulmasına görə İrəvanı məsuliyyətə cəlb etmək cəhdlərini davam etdirəcək. Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycan barəsində və Azərbaycanın Ermənistan barəsində müvəqqəti tədbirlərin tətbiqi tələbi ilə bağlı qərarını şərh edərkən bildirib.
“Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək”, - Məmmədov çərşənbə günü Twitter-da yazıb.
O əlavə edib ki, məhkəmə öz qərarında Bakının “səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb”.
“Məhkəmənin 2021-ci il 7 dekabr tarixli qərarına uyğun olaraq, Ermənistan tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinməlidir”, - Məmmədov bildirib.
Azərbaycan XİN bəyanatla çıxış edərək, Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayır.
“Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək”, - XİN-dən vurğulanıb.
BMT Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistan barəsində və Ermənitanın Azərbaycan barəsində İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi və ilə bağlı məhkəmə işləri ilə bağlı qərarlarını elan edib.
Məhkəmə Ermənistan tərəfinin vəsatətini qismən təmin edərək Azərbaycan tərəfinin «Laçın yolu ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təmin edilməsi üçün onun sərəncamında olan bütün tədbirlər görməyini» qərara alıb. Eyni zamanda, Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağ regionunda yaşayanlar üçün “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı İrəvanın müvəqqəti tədbirlər tələbləri Məhkəmə tərəfindən rədd edilib. Bakının sorğusunu məhkəmə rədd edərək qərara alıb ki, Azərbaycan Ermənistanın ehtimal olunan hərəkətlərinin Azərbaycan mənşəli şəxslərin hüquqlarının pozulmasına yönəldildiyini sübut edəcək dəlil təqdim etməyib.
Xəbər verildiyi kimi, 3 yanvar 2023-cü ildə Bakı İrəvanı Azərbaycan ərazisinin minalanmasını dayandırmaq və Azərbaycanın mülki əhalisinin doğma yurdlarına qayıtmasına mane olmamaq üçün müvəqqəti tədbirlərin göstərilməsi ilə bağlı BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Müraciətdə deyilir ki, Ermənistan “Azərbaycanın mülki əhalinin qayıdacağı Laçın, Kəlbəcər və digər öncə işğal olunmuş rayonlar, şəhərlər, kəndlər və bütövlükdə ərazilərin sürətli, təhlükəsiz və səmərəli minalardan təmizlənməsini həyata keçirə bilməsi üçün dərhal zəruri addlmlar atsın. O cümlədən bu ərazilərdə minaların, mina-tələlərin və hər hansı digər partlayıcı qurğuların yerləşdiyi yer, sayı, tipi və xarakteristikaları haqqında məlumat versin.
Bundan əlavə, Azərbaycan tələb edir ki, Məhkəmə Ermənistanı Azərbaycan ərazilərinin minalanmasını dərhal dayandırmağı və bundan sonra bu cür fəaliyyətdən, o cümlədən Laçın yolundan bu məqsədlər üçün istifadə etməkdən çəkinməyə məcbur etsin. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət