2023-cü ilin yanvar ayında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 133 milyon 947,7 min manat təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 13,7% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 115 milyon 624,3 min manat (artım 16,5%) və ya bazar üzrə bütün sığorta haqlarının 86,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 34 milyon 315,28 min manat (artım 36,4%), qeyri-həyat sığortası üzrə sığorta haqları 81 milyon 309,04 min manat (artım 9,7%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 18 milyon 323,39 min manat (azalma 1,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (32 milyon 304,2 min manat), könüllü tibbi sığorta (57 milyon 682,17 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (11 milyon 271,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 75,6%-ni təmin edib.
2023-cü ilin yanvar ayında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 35 milyon 168,4 min manat yönəldiblər ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 2,1 dəfə çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 26 milyon 870,2 min manat (artım 2,8 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 76,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 19 milyon 673,2 min manat (artım 4,1 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 7 milyon 197 min manat (artım 1,6 dəfə) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 8 milyon 298,2 min manat (artım 15,2%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (7 milyon 920,05 min manat), həyatın yaşam sığortası (19 milyon 572,7 min manat) və könüllü tibbi sığorta (5 milyon 664,7 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 94,3%-ni təmin edib.
Yanvarda həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 dəfə artıb.
Yanvarın sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar ayında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (33,149 milyon manat), “PAŞA Sığorta” (64,026 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,416 milyon manat), “Xalq Sığorta” (4,595 milyon manat) və “Aqrar Sığorta” (8,997 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 85,2%-i bu şirkətlərin payına düşüb.
Yanvarda ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (16,259 milyon manat), “PAŞA Sığorta” (6,041 milyon manat), “Xalq Sığorta” (2,507 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,036 milyon manat) və “Atəşgah Sığorta” (1,176 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 82,5%-i bu 5 şirkətin payına düşüb.
Yanvarın yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 1,4% təşkil edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət