2022-ci ildə Azərbaycanda bankların istehlak kreditləri portfeli 27.3% artaraq 5.8 milyard manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin hazırladığı 2022-ci ildə Maliyyə sabitliyi hesabatına əsasən, istehlak portfelinin artım dinamikası diqqətdə saxlanılmaqdadır.
Xüsusilə, 2022-ci ildə biznes kreditləri 11,4% - 10 milyard 855,06 milyon manatadək, ipoteka kreditləri 24,3% - 2 milyard 985,15 milyon manatadək artıb.
AMB qeyd edir ki, 2022-ci ildə kreditləşmə tempinin pandemiyadan sonra pik həddə çatdığı və sabitləşməyə başladığı müşahidə edilir. Ötən ilin iyul ayında requlyativ çərçivədə istehlak kreditləri üzrə sərtləşmə və ipoteka kreditləri üzrə yumşalma xarakterli dəyişikliklər istehlak kreditlərinin artım dinamikasında azalmanı, ipoteka kreditlərində isə artımı şərtləndirmişdir. İlin sonuna doğru iqtisadi artım tempinin səngiməsi fonunda biznes portfelinin artım tempində də azalma meylləri müşahidə edilir.
Ümumilikdə, 2022-ci ilin sonuna bankların krdeit porteflinin strukr=turunda 55,4% biznes kreditləri, 29,4% - istehlak kreditləri, 15,2% - ipoteka kreditinin payına düşür.
AMB-nin məlumatına əsasən, 2022-ci ildə bankların kredit portfeli 17,6% (2,9 milyard manat) - 19 milyard 594,35 milyon amnatadək artıb.
AMB vurğulayır ki, 2022-ci ildə artan tələb fonunda biznes kreditləri portfeli genişlənib. 2022-ci ildə sənaye sahəsinə verilən kreditlər istisna olmaqla biznes portfelinin bütün sahələri üzrə artım müşahidə edilib.
Xüsusilə, biznes portfelində ticarət və xidmət sektorlarına verilmiş kreditlər daha yüksək paya malikdir (48%).
Biznes portfelinin artımının əsas drayverləri kimi ticarət (545 milyon manat), kənd təsərrüfatı (255 milyon manat), xidmət və digər qeyri-istehsalat (220 milyon manat) sahələrinə verilmiş kreditlər çıxış edib.
2022-ci ildə MKOS subyektlərinə verilən kreditlərin həcmi 28% artaraq 5.7 milyard manata çatıb. Nəticədə, MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 50%-i ötüb. Müsbət artım tempinə səbəb olan amillərdən biri MKOS subyektləri üzrə standartların yumşaldılmasıdır.
AMB-nin məlumatına əsasən, MKOS subyektlərinin kreditləşməsində bankların öz vəsaitlərinin payı artmaqdadır. Belə ki, 2022-ci ildə 2022-ci ilin əvvəlindən etibarən bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 35% (1.3 milyard manat) artaraq 5 milyard manata çatıb. Nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 5 f.b. artaraq 89% olub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət