“Bank Melli İran”ın Bakı filialı 2023-cü ilin birinci rübündə aktivlərini 5,9% - 102,3 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Birinci rübdə bankın kredit portfeli 11,6% - 8,4 milyon manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 65,7 milyon min manat (31 dekabr 2022-ci il tarixinə olan göstərici ilə müqayisədə artım 10,4%), investisiya qiymətli kağızları 24 milyon manat (artım 0,8%) təşkil edib.
31 mart 2023-cü il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 64,4 milyon manata (artım 8,6%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 4,2% – 34,9 milyon manata qədər, müştəri hesabları 40,4% - 12,5 milyon manata qədər artıb.
Martın sonuna bankın kapitalı 37,9 milyon manat (artım 1,6%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
Yanvar-mart aylarının yekunları üzrə bankın filialının xalis mənfəəti 621,285 min manat (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2,3 dəfə) məbləğində olub.
2023-cü il martın 31-nə bankın bölüşdürülməmiş zərəri 35 milyon 704,175 min manat (azalma 1,7%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət