31 mart 2023-cü il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 718,786 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci ildən etibarən ASB-nin aktivlərində rüblük azalma müşahidə olunur.
31 mart 2023-cü il tarixinə aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 419,73 milyon manat (artım 4%) təşkil edir.
Bankın kredit portfeli 238,1 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,5% - İF) bərabərdir.
31 mart 2023-cü il tarixinə bankın öhdəlikləri 608 milyon manat (azalma 4,6%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 417,721 milyon manata (azalma 7,1%), o cümlədən əhalinin əmanətləri 317,4 milyon manata (azalma 10,2%) bərabərdir.
Bankın kapitalı 110 milyon 786,06 min manat (artım 0,7%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
I rübdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 63,17 min manat (2022-ci ilin I rübünün göstəricisi ilə müqayisədə azalma 32,3% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət