Özbəkistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda seçici fəallığı yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 10:00) 35,13% təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Daşkənddən verdiyi xəbərə görə, bu barədə MSK sədrinin müavini Bəhrom Kuçkarov bazar günü keçirilən brifinqdə bildirib.
“Özbəkistanda səhər saat 8:00-da 10758 seçki məntəqəsi açılıb. Vətəndaşlar referendumda fəal iştirak edir, yüksək seçki mədəniyyəti nümayiş etdirirlər. Yerli vaxtla saat 11-ə olan məlumata görə, artıq 6 milyon 820 min 838 nəfər, yəni səsvermə siyahılarına daxil edilmiş seçicilərin 35,13%-i səs verib”, - deyə Kuçkarov qeyd edib.
Onun sözlərinə görə, xaricdə 55 seçki məntəqəsi səsvermə üçün açıqdır.
Kuçkarov əlavə edib ki, indiyədək MSK tərəfindən Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Referendumun etibarlı sayılması üçün seçici fəallığı 50%-dən çox olmalıdır.*
A.Əzizov
Qarabağ və Şərqi Zəngəzura 987 ailənin köçürülməsi təmin edilib
Rəsmi Bakı Aİ diplomatiyasının rəhbərini Azərbaycana qarşı açıq qərəzlilikdə ittiham edib
ADY informasiya təhlükəsizliyinin təmin edilməsinə 4,3 milyon manat yönəldəcək
Aİ ölkələrindən Azərbaycana minik avtomobillərinin ixrac dəyəri 200 milyon avroya yaxınlaşıb
Dekabrın üçüncü ongünlüyündə Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
9 ay ərzində Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını 2% artırıblar
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək