Mərkəzi Bank (AMB) 2023-cü ildə illik inflyasiya poqnozunu hələlik 8% səviyyəsində saxlayıb.
Qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır.Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələmişdir. Mart ayında illik inflyasiya 13.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır”, - AMB-nin uçot dərəcəsi ilə baölı bəyanatında qeyd olunur.
AMB vurğulayır ki, 1eyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir.
Eyni zamanda. AMB qeyd edir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son 12 ay ərzində - 2022-ci ilin aprel ayından etibarən dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin martında aylıq 2.1% azalmışdır (2022-ci ilin mart ayında pik göstərici – 18,7% olub - İF).
“Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər.Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır. Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır”, - AMB vurğulayır.
Bank qeyd edir ki, monetar siyasət çərçivəsində antiinflyasiya xarakterli pul siyasətini davam etdirir.
2022-ci ildə Azərbaycana orta illik inflyasiya 2021-ci ildə 6,7%-ə qarşı 13,9%-dək sürətlənib.
2023-cü ildə Azərbaycanda orta illik inflyasiya üzrə proqnoz 6,9% təşkil edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət