Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı və Astana Qazaxıstan neftinin Azərbaycan üzərindən ixrac həcminin artırılması ilə bağlı danışıqları davam etdirir.
“Planlar var və Qazaxıstan neftinin Azərbaycan üzərindən tədarük həcminin artırılması ilə bağlı danışıqlar davam edir (2023-cü il üçün 1,5 milyon ton Qazaxıstan neftinin ixracına dair razılıq var - İF). Bizim boru kəməri infrastrukturu buna imkan verir”, - Əliyev çərşənbə günü Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
Dövlət başçısı Qazaxıstan neftinin bilavasitə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük həcminin artırılmasına toxunaraq qeyd edib ki, burada yekun məhsulun keyfiyyəti ilə əlaqədar problem yarana bilər, çünki Qazaxıstan nefti Azeri Light markasından fərqlidir. “Bakı-Tbilisi-Ceyhan ilə iri həcmdə tədarük zamanı biz keyfiyyəti itirəcəyik, yəni premium keyfiyyətini, çünki bu boru kəməri ilə ixrac etdiyimiz Azeri Light markası Brent markasından daha dəyərlidir. Lakin digər variantlar da var. Biz müyyən kommersiya şərtləri üzərində işləyə bilərik. Əgər Ceyhanda yekun neftin keyfiyyəti dəyişərsə, o zaman Bakıdan Supsa dəniz limanına gedən boş boru kəmərimiz var və onu istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var", - prezident vurğulayıb.
Əliyev əlavə edib ki, Bakı Xəzəryanı ölkələrin öz enerji resurslarının ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə planlarını dəstəkləyib.
Xüsusilə, uzun illər ərzində Türkmənistan nefti Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur. “Ola bilsin siz bunu bilmirsiniz, hətta Rusiya nefti, Rusiyanın Xəzər dənizində hasil etdiyi neftin bir qismi Azərbaycandan Ceyhana nəql olunur. Xatırladığım kimi, ildə təqribən 2 milyon tondan daha çox həcmdən söhbət gedir. Təqribən ildə 2,5 milyon tona yaxın rus nefti Ceyhana gedir. Beləliklə, bütün bunlar kommersiya məsələləridir. Hesab edirəm ki, biz müəyyən geosiyasi dəyişiklikləri, siyasi üstünlükləri axtarmamalıyıq. Bilirsiniz, əgər Rusiya daha sərfəli olduğu üçün neftini Bakı-Tbilisi-Ceyhanla nəql etməyə qərar verərsə, əlbəttə ki, onlar bunu edəcəklər. Beləliklə, bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik. Neftin həcmi artarsa bu, bizi yalnız sevindirər. Gələcəkdə daha çox tranzit haqlarını kim istəməz ki?”, - Azərbaycan prezidenti vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət