Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 3,3% azalıb, qeyri neft-qaz sektorunda isə 6,1% artıb.
Sənaye məhsulunun 71,1%-i mədənçıxarma sektorunda, 23,6%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 90,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2%, poliqrafiya məhsullarının istehsalı 44,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5%, kağız və karton istehsalı 23,5%, tikinti materiallarının istehsalı 20,5%, içkilərin istehsalı 18,1%, neft məhsullarının istehsalı 18,1%, qida məhsullarının istehsalı 12,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2%, tütün məmulatlarının istehsalı 9,8%, mebel istehsalı 7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5%, elektrik avadanlıqlarının istehsalı 1,5%, kimya sənayesi məhsullarının istehsalı 0,9% artıb.
Əczaçılıq məhsullarının istehsalı 4,4%, hazır metal məmulatlarının istehsalı 6,2%, geyim istehsalı 23,2%, sair nəqliyyat vasitələrinin istehsalı 27,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 41,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,4% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət