Bakı ölkənin iqtisadi maraqları nəzərə alınmaqla Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə yaxınlaşmağa hazırdır. Bunu Prezident İlham Əliyev deyib.
“Bizim Ermənistan istisna olmaqla, Aİİ ölkələri ilə münasibətlərimiz uzun tarixə malikdir. (...) Biz əməkdaşlıq perspektivləri, yaxınlaşma barədə fikir mübadiləsi apardıq. Əlbəttə, burada bütün müsbət və mənfi cəhətləri nəzərdən keçirmək, praqmatizmə əsaslanmaq lazımdır. Biz həmişə siyasətimizdə buna əsaslanırıq”, - deyə o, “Moskva.Kreml.Putin” proqramında Pavel Zarubinə müsahibəsində bildirib.
Eyni zamanda, Əliyev Aİİ ölkələri ilə daha çox iqtisadi inteqrasiyanı istisna etməyib. “Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və iqtisadiyyatımız kifayət qədər açıq və balanslıdır. Əlbəttə, üzv ölkələrin malik olduğu preferensiyalar cəlbedicidir. Ancaq bu da müəyyən məhdudiyyətlər qoyur. Digər tərəfdən, yaxınlaşma çərçivəsində heç bir tabumuz yoxdur. Yenə də hər şey həm dünya iqtisadiyyatı, həm də Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı konkret vəziyyətə əsaslanacaq. Buna görə hər şeyi gələcək göstərəcək. Düşünürəm ki, Azərbaycanın Aİİ-nin sammitində (mayın 25-də Moskvada – İF-Az) ilk dəfə iştirak etməsi faktı bizim bu struktura marağımızdan və üzv ölkələrlə daha da yaxınlaşmaq istəyimizdən xəbər verir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət