İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb.
“Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb.
“Klaar Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət