Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüş zamanı bəyan edib ki, İrəvan qonşu dövlətlərlər münasibətləri ilkin şərtsiz normallaşdırmağa hazırdır.
«Berlində Almaniya prezidenti ilə görüşdə Ermənistan prezidenti İrəvanın Cənubi Qafqaz regionunda stabil və uzunmüddətli sülhə nail olmaq mövqeyində qətiyyətli olduğunu və qonşu dövlətlərlə mehriban qonşuluq və nizamlanmış münasibətlər qurmağa hazır olduğunu bildirib», - Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilir.
Ştaynmayer öz növbəsində qeyd edib ki, Berlin İrəvanın regionda sülhə nail olmaq səylərini yüksək qiymətləndirir, həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatına önəm verir ki, bu da «münasibətlərin daha da normallaşdırılması üçün əhəmiyyətli addımdır».
O, həmçinin qeyd edib ki, Almaniya Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasına kömək edir.
«Ştaynmayer bəyan edib ki, Almaniya Cənubi Qafqazda stabil sülhdə maraqlanır və imkanları çərçivəsində bölgədə stabil sülhün qurulmasına kömək etmək üçün səy göstərəcək», - Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət