Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla danışıqlardan sonra bəyan edib ki, danışıqlar prosesinin davam edəcəyinə ümid edir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması bu prosesin kulminasiya nöqtəsi olmalıdır.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiya Federasiyasını deyil, digərlərini də istifadə etməkdə maraqlı olduğunu başa düşürük. Bakı və İrəvana razılıq əldə etməkdə səmimi şəkildə kömək etməkdə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq”, - deyə o bildirib.
Lavrov qeyd edib ki, həll edilməli çoxlu mürəkkəb və vacib məsələlər var.
“Onlardan ən həssası 1991-ci ildə Alma-Atada keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi məsələsi olub və olaraq qalır. Onun vacibliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır”, - deyə o qeyd edib.
“Erməni tərəfi Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə mümkün olan ən tez görüşlərdə müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqları razılaşdırmağa inandırmağın zəruriliyini başa düşür”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, “Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər bütün konvensiyaların Ermənistan Respublikasında yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar”.
Lavrov bildirib ki, hazırkı mərhələdə ən yaxın nəticə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə edilməsidir. Bu kontekstdə nəqliyyat sahəsində artıq təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də imkanlar açılacaq.
“Biz vətəndaş cəmiyyəti nümayəndələri, siyasi ekspertlər arasında dialoqu bərpa etməyə cəhd göstərməyə razılaşdıq. Həmçinin parlamentarilər vasitəsilə də üçtərəfli dialoqa başlamağa ümid edirik”, - deyə rusiyalı nazir qeyd edib.
O bildirib ki, bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlaşdırılır.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət