Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Bakı Gəmiqayırma Zavodunda olub. Bu barədə “İnterfaks-Azərbaycan” Nazirlər Kabinetinə istinadən məlumat verir.
Əsədov zavodda görülmüş işlər, bugünədək icra olunmuş və potensial layihələrlə tanış oldu.
“İqtisadiyyat naziri Mikayıl Cabbarovun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun vəBakı gəmiqayırmazavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin iştirakı ilə müşavirə keçirildi”, - məlumatda deyilir.
Müşavirədə zavodun fəaliyyəti, həmçinin onun istehsalat gücünün artırılması planları ilə bağlı təqdimatlar edildi. Tədbir zamanı ölkəmizin nəqliyyat-tranzit potensialının artması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəaliyyətinin kommersiya səmərəliliyinin artırılmasının zəruriliyi vurğulandı.
Eyni zamanda, zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilməsi üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb edilməsi, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpa olunan enerji istehsalı üçün zavodun texniki imkanlarının genişləndirilməsi məsələləri müzakirə edildi.
Zavodun potensialının artırılması,istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verildi.
Daha sonra zavodun ərazisində fəhlələrlə görüş oldu. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət