Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” Özbəkistan prezidentinin saytına istinadən məlumat verir ki, dövlət başçısları dünən Özbəkistan və Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumun yekunlarını yüksək qiymətləndiriblər.
Ticarət və sənaye kooperasiyasında dinamik artım məmnunluqla qeyd olunub. Üçüncü ölkələrdən olan bahalı idxalın milli istehsalçıların əlverişli və keyfiyyətli məhsulları ilə əvəz edilməsi yolu ilə ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollara çatdırılması üçün bütün imkanların mövcudluğu göstərilib.
Sənaye kooperasiyasının inkişafından danışarkən, prezidentlər enerji, metallurgiya, hasilat, maşınqayırma, elektrotexnika, toxuculuq, əczaçılıq, aqrar sənaye və digər sahələrdə mühüm layihələrin birgə həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmaları alqışlayıblar.
Bu layihələrin dəstəklənməsi məqsədilə yaradılmış birgə Investisiya Fondunun vəsaitlərinin fəal sərf edilməsinin vacibliyi qeyd olunub.
Dövlət başçıları nəqliyyat və tranzit sahəsində əməkdaşlığın inkişafını strateji əhəmiyyətli adlandırıblar.
Ötən il Özbəkstandan yüklərin Bakı limanı vasitəsilə daşınmasının həcmi təxminən iki dəfə artıb. Özbəkistan Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən istifadə edərək yük daşımalarını gələcəkdə artırmaq niyyətindədir.
Bu kontekstdə Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu (TBNM) çərçivəsində birgə logistika şirkətinin yaradılması, habelə Bakı və üçüncü ölkələrin limanlarında anbar infrastrukturunun və logistika mərkəzlərinin inşası istiqamətində tədbirlər müzakirə olunub.
Mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə, xüsusilə Mədəniyyət və kino günlərinin, yaradıcı və elmi ziyalıların, gənclər təşkilatlarının görüşlərinin keçirilməsinə yönəlmiş bir sıra digər razılaşmalar əldə olunub.
Görüşün yekununda dövlət başçıları bir sıra birgə «yol xəritələri» hazırlamağı və əldə edilmiş razılaşmaların səmərəli həyata keçirilməsi mexanizmlərinin təsis edilməsini tapşırıblar. **
B.Rüstəmbəyov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət