Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Slovakiyanın “Həmrəylik Halqası” STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirilib”, - deyə dövlət başçısının saytında bildirilib.
Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsinin önəmi vurğulanıb.
Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.
Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət