Bakı və İrəvan danışıqların gedişində sülh müqaviləsi üzrə mühüm irəliləyiş əldə edib, sənədin demək olar ki, 70 faizi hər iki tərəfi qane edir, lakin Ermənistanın hərəkətləri sülh prosesini ləngidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının“Arab News” qəzetinə müsahibəsində deyib.
“Müxtəlif platformalar (Ermənistan-Azərbaycan sülh danışıqları üçün - İF) var. Biz onların birini digərindən üstün tutmuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, sülhün bərqərar olmasına töhfə vermək istəyən hər kəsi alqışlayırıq”, - deyə o bildirib.
Prezidentin köməkçisi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel prosesini qeyd edib, ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndirib, Rusiyanın da regionun bir hissəsi və həm Ermənistan, həm də Azərbaycan ilə tarixi əlaqələri olan ölkə kimi prosesə töhfə verdiyini bildirib.
“Əgər konkret tərəf sülh prosesinin təşviqinə töhfə vermək istəyirsə, azərbaycanlılar bunu tam dəstəkləyir”, - deyə Hacıyev əlavə edib.
O deyib ki, Azərbaycan sülh müqaviləsi imzalamağı, regionda qarşıdurma səhifəsini çevirmək istəyir. “Biz sülh içində yaşamaq istəyirik. Amma top Ermənistan meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar”, - deyə Əliyevin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi üzrə danışıqlar yolundan çıxardı. “Bakı və İrəvan çox mühüm irəliləyiş əldə etmişdi. Tərəflərin sülh müqaviləsi layihəsinin demək olar ki, 70 faizi üzrə etirazı yoxdur. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Lakin Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlayır və ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir”, - deyə Hacıyev vurğulayıb.*
R.Əhmədov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət