Yanvar-avqust aylarında “KazTransOil” şirkəti Bakı limanı istiqamətində Qazaxıstan neftinin ixrac həcmini ötən ilin müvafiq dövrünə nisbətən 12 dəfə artırıb. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“8 ay ərzində Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi 2 milyon 164 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 759 min ton və ya 54% çoxdur. Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 69 min tondan 838 min tona qədər, yaxud 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artması ilə bağlıdır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən bildirir.
Bundan əlavə, yanvar-avqust aylarında Mahaçqala limanına 1 milyon 327 min ton neft göndərilib.
Qazaxıstan neftin ixrac marşrutlarını şaxələndirmək məqsədilə bu ilin mart ayının sonunda neftin BTC ilə ixracına başlayıb. Daha əvvəl SOCAR və “KazMunayQaz” arasında ildə 1,5 milyon ton Qazaxıstan neftinin BTC ilə nəqli haqqında müqavilə bağlanıb. Neft ixracına 2023-cü ilin aprel ayında başlanılıb.
“KazTransOil” SC magistral neft kəmərlərinin milli operatorudur və “KazMunayQaz” dövlət neft-qaz şirkəti qrupuna daxildir.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət