Sentyabrın 22-də minik avtomobillərinin maliyyə lizinqi bazarında fəaliyyət göstərən “Legion Financial” MMC 500 min manat həcmində istiqrazlar yerləşdirib.
"İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, istiqrazlar Bakı Fond Birjasının (BFB) meydançasında yerləşdirilib.
“Hərrac zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib. İstiqrazların hərraca çıxarılmış bütün həcmi (500 min manat) yerləşdirilib”, – deyə BFB-dən bildirilib.
Emssiya hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd istiqraza bölünüb. İstiqrazın illik faiz dərəcəsi 15%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 1800 gün təşkil edir.
İstiqrazların ödəmə tarixi 26 avqust 2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
“Legion Financial” MMC 2020-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 1 milyon 601,1 min manat, təsisçiləri üç fiziki şəxsdir.
2022-ci ilin sonuna “Legion Financial” MMC-nin aktivləri 2,13 milyon manat, lizinq portfeli 2,1 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ilin yekunları üzrə MMC-nin xalis mənfəəti 282,7 min manat təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət