Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın ortalarında ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya nümayəndələrinin Qarabağla bağlı üçtərəfli görüşünün keçirilməsi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatı təsdiqləyib və qeyd edib ki, görüşlə bağlı təqdim edilən təfərrüatlar reallığa uyğun deyil.
“Təsvir edildiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub. Lakin bu, orada haqqında yazılan danışıqlar deyil”, – deyə Kremlin sözçüsü jurnalistlərə açıqlamasında bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Aİ, ABŞ və RF nümayəndələrinin Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Türkiyədə görüşdüklərini təsdiq edərək bu görüşün gizli olmadığını diqqətə çatdırıb.
“ABŞ və Aİ görüşün keçirilməsi ilə bağlı bizə müraciət edib. Görüşün məqsədi danışıqların gedişində müəyyən edilib. Tərəflər vəziyyətə dair fikir mübadiləsi aparıb”, - deyə o, brifinqdə bildirib.
Daha əvvəl “Politico” qəzeti yazmışdı ki, Aİ, ABŞ və Rusiya nümayəndələri sentyabrın 17-də Türkiyədə Qarabağla bağlı görüş keçiriblər.
Görüşdə ABŞ-ı Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiya tərəfdən isə danışıqlarda XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev iştirak edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət