30 iyun 2023-cü il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivləri 12 milyard 402,467 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 12,6% azdır.
ABB-nin saytında dərc olunmuş 6 ay üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında bankın kredit portfeli 17,6% - 4 milyard 37,24 milyon manata qədər artıb.
Hesabat dövründə aktivlərin azalması bankdakı nağd pul vəsaitlərinin 44,1% - 2 milyard 992,422 milyon manata qədər azalması ilə şərtlənib.
Bankın öhdəlikləri 10 milyard 431,387 milyon manata (azalma 15,8%) bərabərdir.
Hesabat dövrünün sonuna bankdakı depozitlərin həcmi 9 milyard 124,445 milyon manat (azalma 18,8%) təşkil edib.
30 iyun 2023-cü il tarixinə bankın kapitalı 1 milyard 971,08 milyon manat məbləğində (artım 8,3%) qiymətləndirilir. ABB-nin nizamnamə kapitalı 1 milyard 225,648 milyon manata (dəyişməyib) bərabərdir.
ABB 2023-cü ilin birinci yarısını 163,204 milyon manat məbləğində xalis mənfəətlə (2022-ci ilin 6 ayı ilə müqayisədə +26,2%) başa vurub.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. ABB-nin kapitalında dövlətin payı 96,37%, o cümlədən Maliyyə Nazirliyinin payı 92,56% təşkil edir. Bankın səhmdarları 17 hüquqi və 1780 fiziki şəxsdir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət