2023-cü ilin yanvar-isentyabr aylarında “Muğanbank” ASC-nin aktivləri 19% - 647 milyon 971,37 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 447,416 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,4% - İF) təşkil edib. İstehlak kreditləri 46,127 milyon manat (artım 3,4%), biznes kreditləri 264,255 milyon manat (azalma 10,5%), daşınmaz əmlak kreditləri 139,735 milyon manat məbləğində (artım 22%) qiymətləndirilir.
Bankın öhdəlikləri 500,892 milyon manata (azalma 29,1%) bərabərdir. Bankdakı depozitlər 332,478 milyon manat (azalma 34,4%), o cümlədən əhalinin əmanətləri 293,044 milyon manat (azalma 25,8%) təşkil edir.
“Muğanbank”ın kapitalı 147,079 milyon manat (artım 57,8%), nizamnamə kapitalı 162,5 milyon manat (artım 51,2%) təşkil edir.
2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın zərəri 1 milyon 287 min manat (2022-ci ilin 9 ayının yekunları üzrə 703 min manat xalis mənfəətə qarşı) təşkil edib.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 5 fiziki şəxsdir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət