“PAŞA Bank” 2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərini 3,4% - 8 milyard 234,064 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il sentyabrın 30-na bankın kredit portfeli 2 milyard 720,769 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,3%) təşkil edir. Bankın biznes kredit portfeli 2 milyard 500,237 milyon manat (artım 6,6%), istehlak kreditləri üzrə portfeli 86,297 milyon manat (azalma 3,1 dəfə), daşınmaz əmlak kreditləri 134,235 milyon manat məbləğində (artım 20,6%) qiymətləndirilir.
“PAŞA Bank”ın öhdəlikləri 7 milyard 461,758 milyon manata (azalma 5%) bərabərdir. Bankda depozitlər 6 milyard 593,023 milyon manat (azalma 5,9%), əhalinin əmanətləri 1 milyard 725,534 milyon manat məbləğində (artım 10%) qiymətləndirilir.
Bankın kapitalı 772,306 milyon manat (artım 16,5%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” 2023-cü ilin 9 ayını 147,269 milyon manat məbləğində xalis mənfəətlə (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 34,2% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan banklarının ilk üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Ador” MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət