2023-cü ilin yanvar-sentyabr aylarında “Bank Respublika”nın aktivləri 17,6% - 1 milyard 864,499 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın sonuna bankın kredit portfeli 1 milyard 90,731 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,3% - İF) bərabərdir. İstehlak kreditləri 250,588 milyon manat (artım 10,1%), biznes kreditləri 742,149 milyon manat (artım 12,8%), daşınmaz əmlak kreditləri 97,754 milyon manat (artım 27,3%) məbləğində qiymətləndirilir.
“Bank Respublika”nın öhdəlikləri 1 milyard 724,970 milyon manat (artım 17,6%), depozitlər 1 milyard 198,113 milyon manat (artım 24%), o cümlədən fiziki şəxslərin əmanətləri 652,931 milyon manat (artım 16,8%) təşkil edir.
Bankın kapitalı 139 milyon 528,74 min manata (artım 17,8%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
9 ay ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 25 milyon 670,12 min manat (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 34,5% - İF) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) təmsil olunur. Bankın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun qohumlarıdır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət