2023-cü ilin yanvar-sentyabr aylarında “Unibank”ın aktivləri 6% - 1 milyard 527,811 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2023-cü il tarixinə bankın kredit portfeli 1 milyard 46,829 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,7% - İF) təşkil edib. İstehlak kreditlərinin payı 640,813 milyon manat (artım 17,1%), biznes kreditlərinin payı 322,729 milyon manat (artım 17,6%), daşınmaz əmlak kreditləri 83,287 milyon manat (artım 22,3%) olub.
Bankın öhdəlikləri 1 milyard 390,882 milyon manat təşkil edir. Banka qoyulan depozitlər 1 milyard 124,205 milyon manata (artım 13,6%), əhalinin əmanətləri 878,478 milyon manata (artım 13,9%) bərabərdir.
Oktyabrın əvvəlinə “Unibank”ın kapitalı 136,929 milyon manat (artım 20,7%), nizamnamə kapitalı 138,2 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ilin yanvar-sentyabr aylarında bankın xalis mənfəəti 2022-ci ilin 9 ayı ərzində 577 min manat məbləğində zərərə qarşı 21,907 milyon manat təşkil edib.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 6-cı yeri tutur. Bankın səhmdarları 7 fiziki şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 87,032%-dir).*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət