2023-cü ilin yanvar-sentyabr aylarında “Rabitəbank” aktivlərini 5,1% - 1 milyard 3,768 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il sentyabrın 30-na bankın kredit portfeli 701,471 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 14,7%) təşkil edib. İstehlak kreditlərinin həcmi 241,313 milyon manata (artım 17,4%), biznes kreditlərinin həcmi 334,629 milyon manata (artım 9,6%), daşınmaz əmlak kreditləri 125,528 milyon manata (artım 25,7%) bərabərdir.
Bankın öhdəlikləri 884,284 milyon manat (artım 4,8%) məbləğindədir.
“Rabitəbank”da depozitlər 635,157 milyon manat (artım 4,6%), o cümlədən fiziki şəxslərin əmanətləri 379,997 milyon manat (artım 19,9%) təşkil edib.
2023-cü ilin oktyabr ayının əvvəlinə bankın kapitalı 119,484 milyon manata (artım 7,1%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 13,454 milyon manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 32,7%) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin 8-ci bankıdır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət