2023-cü ilin yanvar-sentyabr aylarında “Premium Bank” ASC-nin aktivləri 2,2% - 677,356 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2023-cü il tarixinə bankın kredit portfeli 433,026 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,9%) təşkil edib, o cümlədən biznes kredit portfeli 2,5% - 388,636 milyon manata qədər azalıb.
Sentyabrın sonuna “Premium Bank”ın öhdəlikləri 496,713 milyon manata (azalma 2,5%) bərabərdir.
Bankdakı depozitlər 451,299 milyon manat (azalma 3,3%), o cümlədən əhalinin əmanətləri 336,608 milyon manat (azalma 1,2%) təşkil edib.
“Premium Bank”ın kapitalı 180,643 milyon manata (azalma 1,1%), nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin 9 ayının yekunları üzrə bankın xalis mənfəəti 7,881 milyon manat (2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 96,4%) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət