Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümümi tələbatı illik 30 milyard kubmetrdən çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümümi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir”, - deyə nazir bu gün rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, söhbət iyulda istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi “Abşeron” yatağı, həmçinin işlənmədə olan “Qarabağ”, “Ümid” (Mərhələ-II), “Babək” və “Azəri-Çıraq-Günəşli” dərin qaz layihələrindən gedir.
Şahbazov vurğulayıb ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş oldu.
“2022-ci ildə Avropaya qaz tədarükü 40% artımla 11.4 milyard kubmetrə çatdırıldı. Ümumiyyətlə, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyə 24.3 milyard kubmetr, Avropa isə 28.7 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib”, - deyə energetika naziri qeyd edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükünə 2020-ci il dekabrın 31-də, Rumıniyaya isə 2023-cü il yanvarın 1-dən başlanılıb. 2023-cü ilin sonunadək Macarıstana, 2024-cü ildə isə Serbiyaya qaz tədarükünə başlanılacaq.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət