“GL” ASC çərşənbə günü 1 milyon 156 min manat məbləğində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından (BFB) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərraca 1,3 milyon manat məbləğində istiqraz çıxarılıb. Beləliklə, “GL” hərracda istiqrazlarının 88,9%-ni yerləşdirib.
“Hərrac zamanı 20 investor tərəfindən 20 sifariş təqdim edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon 156 min manat təşkil edib”, -BFB-dən bildirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 13%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 5 ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, “GL” ASC 6 tranşla 3 milyon 25 min manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
“GL” ASC oktyabrın 10-da 399 min manat məbləğində istiqraz yerləşdirib. Hərraca 425 min manat məbləğində istiqraz çıxarılmışdı.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib.**
R.Əhmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət