Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 7,4% artıb.
Sənaye məhsulunun 68,1%-i mədənçıxarma sektorunda, 26,6%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2%, kompüter, elektron və optik məhsulların istehsalı 65%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9%, poliqrafiya məhsullarının istehsalı 28,9%, tikinti materiallarının istehsalı 29,7%, içkilərin istehsalı 27,2%, kağız və karton istehsalı 21,1%, maşın və avadanlıqların istehsalı 30,21%, hazır metal məmulatlarının istehsalı 23%, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8%, neft məhsullarının istehsalı 9,4%, qida məhsullarının istehsalı 10,7%, kimya sənayesi məhsullarının istehsalı 8,1%, mebel istehsalı 9,5%, tütün məmulatlarının istehsalı 3,8%, elektrik avadanlıqlarının istehsalı 7,8%, əczaçılıq məhsullarının istehsalı 4,6% artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8%, geyim istehsalı 12,3%, sair nəqliyyat vasitələrinin istehsalı 16,2%, sair sənaye məhsullarının istehsalı 13,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2.2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət